Ölkə 19:29 14.12.2022

Bakıda ofisant pulunu kəsən müdirini belə “cəzalandır”dı - 3 il həbs aldı

Bakıda ofisant pulunu kəsən çayxana sahibindən qisas almaq üçün oğurluq edib. 

Qaynarinfo-nun məlumatına görə, 2003-cü ildə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş Röyal adlı şəxs 2019-cu ildən Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədəli qəsəbəsində çayxanada ofisant işləyib.
 
Çayxananı işlədən Natiq Qaziyev onunla gündəlik 20 manat müqabilində işləməyə razılaşıb. Lakin çayxana sahibi əvvəlcədən razılaşdırılmış məbləği kəsərək, ona gündəlik 10 manat verib, müəyyən vaxtlarda isə ümumiyyətlə pul verməyib. Bu səbəbdən də Natiqlə aralarında problem yaranan ofsiant 5 iyun 2022-ci il tarixdə işdən çıxıb və işsiz qalıb.

Bundan sonra o, işlədiyi çayxanadan Natiq tərəfindən verilməli olan pulları götürmək üçün oğurluq etmək qərarına gəlib. Bu məqsədlə səhər saat 05:30-da radələrində çayxanaya gedib və pəncərədən Natiqin zaldakı divanda yatıdığnı görüb. Həmin şəxs çayxana sahibinə yaxınlaşaraq, cibindəki pulu və divanın qarşısındakı masanın üzərindəki "Xiaomi Poco" markalı mobil telefonu götürüb.

Təqsirləndirilən şəxs daha sonra pulu sayaraq 520 manat olduğunu görüb və telefonun üzərindəki sim kartı çıxarıb ataraq, 20 Yanvar metrosunun yaxınlığındakı "Telekom” adlı mağazaya 110 manata satıb. 

Daha sonra saxlanılan şəxs məhkəmənin qərarı ilə 2 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum edilib.

Əhməd