Bakıda "TT klub”da qadın ofisantı təhqir edən dostlar saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, bu səbəbdən 5 fevral 1977-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Xanlıqlar kəndində doğulmuş Zabit (şərti ad), 26 avqust 1985-ci il tarixdə Naxçıvan MR-nın Sədərək rayonunda doğulmuş Cavid (şərti ad), 1 yanvar 1984-cü il tarixdə Ermənistanın Yeğeqnadzor rayonunda doğulmuş Habil (şərtiad) saxlanılıblar.
Onların hər birinə İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protokol tərtib edilib və iş ayrı-ayrılıqda məhkəməyə göndərilib.
Dostlar "TT klub” adlı yerdə birlikdə pivə içmək üçün əyləşiblər. Lakin Arzu adlı ofisiant pivəni gec gətirdiyinə görə əsəbiləşərək ona qarşı kobudluq edib və ünvanına nalayiq ifadələr işlədiblər.
Bundan sonra mübahisə davaya çevirilib və dostlar saxlanılıblar.
Təqsirləndirilən şəxslər hadisəni içkili halda törətdikləri, hərkətlərindən peşiman olduqları üçün məhkəmənin qərarı ilə barələrində 70 manat inzibati cərimə tənbehi tətbiq edilib.
Əhməd
Şərhlər