Xəbər lenti

Bakıda oğlan ondan ayrılan sevgilisini avtomobillə vurdu
Ölkə05:33 10.07.2021

Bakıda oğlan ondan ayrılan sevgilisini avtomobillə vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.