Xəbər lenti

Bakıda polis rəisi öldü
Ölkə12:41 20.05.2015

Bakıda polis rəisi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün paytaxtda polis polkovniki dünyasını dəyişib.

Qaynar.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis polkovniki, 1964-cü il təvəllüdlü Elsevər Hüseynov vəfat edib.

Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Elsevər Hüseynov 1986-cı ildə Texniki Universiteti bitirib. Mərhum 1990-cı ildən Daxili İşlər Nazirliyində çalışıb. Bir çox əməliyyatlarda iştirak edib. O, təltif və mükafatlara layiq görlüb.

Allah rəhmət eləsin!

Qaynar.info