Xəbər lenti

Bakıda polis rəisinin oğlu faciəvi şəkildə öldü
Ölkə12:53 11.07.2019

Bakıda polis rəisinin oğlu faciəvi şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin ailəsində bədbəxt hadisə baş verib.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, polis polkovnikinin oğlu, 1991-ci il təvəllüdlü Orxan Ağayev yaşadığı, 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə yıxılaraq ölüb.
Polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədirlər. O. Ağayevin ölümünün səbəbi araşdırılır.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.