Xəbər lenti

Bakıda polis rəisinin xidməti maşını avtobusla toqquşdu
Ölkə08:26 16.07.2015

Bakıda polis rəisinin xidməti maşını avtobusla toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yol qəzası qeydə alınıb. 

APA-nın məlumatına görə, qəza Binəqədi rayonunun Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini Azad Əhmədovun idarə etdiyi, 13 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Anar Şıxəliyevin idarə etdiyi 90-AP-982 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı xidməti avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Qaynar.info