Xəbər lenti

Bakıda polisi aldadaraq qaçan qadın tutuldu
Ölkə07:17 23.11.2013

Bakıda polisi aldadaraq qaçan qadın tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etməkdə günahlandırılır


Bakıda uzun müddət axtarışda olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, uzun müddət polisi aldadaraq gizlənə bilən Elmira Qurbanova yaxalanıb.

Məharətlə özünü gizlədə bilən qadını Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıblar. Qadın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə günahlandırılır.


Qaynar.info