
Bir qədər əvvəl Bakının Nərimanov rayonunda bir qrup vətəndaşla polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Hadisə şahidlərinin Anspress-ə verdiyi məlumata görə, metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yol polisi əməkdaşları maşın saxlayıblar. Sükan arxasında əsgər olub. Polis əməkdaşları ilə əsgər arasında mübahisə yaranıb. Kənarda dayanan vətəndaşlar da mübahisəyə müdaxilə ediblər və qarşıdurma baş verib, yol bağlanıb. Sonradan əraziyə əlavə polis qüvvələri cəlb edilib.
Hadisə şahidləri maşını idarə edən əsgərin və onun müdafiəsinə qalxan bir neçə nəfərin saxlanıldığını bildirirlər.
Nərimanov rayon Polis İdarəsinin növbətçi hissəsindən məlumat almaq mümkün olmayıb.
Qaynar.info