Xəbər lenti

Bakıda Portuqaliya fırtınası davam edir: Avropanın "sambaçılar"ı finalda!
İdman13:59 18.05.2016

Bakıda Portuqaliya fırtınası davam edir: Avropanın "sambaçılar"ı finalda!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığmalar üzrə Avropa çempionatında finalçılardan biri müəyyənləşib.

Qaynarinfo.az xəbər verir ki, bu gün Mərdəkandakı "Dalğa Arena"da keçirilən Portuqaliya - Hollandiya görüşündə yığmamızı ilk oyunda 5:0 hesabı ilə darmadağın etmiş birincilər qalib gəlib. 

Yığmamıza 2 qol vurmuş "Benfika"nın futbolçusu Joze Qomeş 25-ci dəqiqədə yenə fərqlənib. O, qitə çempionatında 7-ci qolunu vurub. Digər qolu isə "Portu"nun oyunçusu Dioqu Dalot vurub. O, 56-cı dəqiqədə fərqlənib.

Beləliklə, Portuqaliya millisi qapısında top görmədən finala vəsiqə qazanıb. Bu gün saat 20:00-da başlayacaq Almaniya - İspaniya görüşündən sonra 2-ci finalçı müəyyənləşəcək. Final isə mayın 21-də 8-ci km qəsəbəsindəki stadionda baş tutacaq.

Qaynarinfo.az