
Xanım jurnalistlərin "Azadlıq Radiosunun" əməkdaşı Xədicə İsmayılovanı müdafiə məqsədilə keçirdiyi aksiyada saxlanılanlar var.
Qaynar.info xəbər verir ki, bu barədə fotoreportyor Mehman Hüseynov Facebook səhifəsində məlumat yayıb.
O bildirib ki, aksiyada iştirak edən jurnalistlər saxlanılaraq 27-ci polis bölməsinə gətiriliblər. Hazırda jurnalistlər polis bölməsindədirlər.
Qaynar.info