
Intihara cəhd etməsinin səbəbi bəlli deyil
Bakı şəhəri, Xətai rayonunda bir nəfər intihara cəhd edib. Qaynar.info-nun FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qadın özünü doqquzmərtəbəli binanın damından atmaq istəyib.
Xilasediciləri intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparıb.
Qaynar.info