Bakıda fəaliyyət göstərən "Qalatasaray" İdman Klubunda oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, idman klubuna futbol oynamağa gələn müştərilərdən ikisinin pulu oğurlanıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Kamera görüntülərindən məlum olub ki, oğurluq edən də idman klubunun müştərisidir.
O, klubun kafesində müştərilərdən birinə məxsus telefonun masanın üzərində qaldığını görüb. Fürsətdən istifadə edərək həmin telefondakı "M10” tətbiqindən öz bank kartına 143 manat pul köçürüb.
Bundan başqa, o, klubun paltardəyişmə otağında heç kimin olmadığından istifadə edərək müştərilərdən birinə məxsus gödəkçənin cibindən 105 manat oğurlayıb.
Həmin şəxs saxlanıldıqdan sonra Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində barəsində başqa yerə getməmək haqqıda iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər