Xəbər lenti

Bakıda qar 30 nəfəri xəstəxanalıq etdi
Ölkə12:32 31.01.2014

Bakıda qar 30 nəfəri xəstəxanalıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zədələnənlər arasında qadınlar üstünlük təşkil edib

Bu gün səhər saat 09:00-dan günorta saatlarına qədər yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30-a yaxın müraciət daxil olub. Stansiyadan ans press-ə verilən məlumata görə, onların əksəriyyəti qadınlardır. Müraciət edənlərin çoxu 40-50 yaş arasında olan insanlardır.

Müraciət edənlərin arasında bir necəsinə ambulator yardım göstərilib. Bəziləri isə travmatologiya şöbələrinə yerləşdiriliblər. Onlar arasında ciddi xəsarət alan olmasa da hadisə nəticəsində sınıq, çıxıq kimi diaqnozlar qoyulub və lazımi tibbi yardım göstərilib.

Hələlik donvurma diaqnozu ilə bağlı müraciət edən olmayıb.

Qarlı və şaxtalı hava şəraitinin davam etdiyini nəzərə alsaq müraciət edənlərin sayının artacağı istisna edilmir.


Qaynar.info