Xəbər lenti

Bakıda Qarabağ qazisi özünü yandırdı - ŞOK
Ölkə09:04 22.07.2014

Bakıda Qarabağ qazisi özünü yandırdı - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırıb. Bu barədə Vesti.az-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Hadisə iyulun 20-də Buzovna qəsəbəsində, Telman küçəsindəki 24-cü binanın qarşısında baş verib. 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının gözü qarşısında üstünə benzin tökərək, özünə od vurub. Qohumları alovu sğndürsələr də, Qarabağ veteranının həyatını xilas etmək mümkün olmayıb. Coşqun Nuriyev 8 saat sonra xəstəxanada dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, Coşqun Nuriyev subay olub və heç bir yerdə işləmirmiş. O, bir müddət qohumlarının evində yaşayıb. Elə intihar da həmin evin qarşısında olub (musavat.com).

Qaynar.info