Xəbər lenti

Bakıda qatar avtomobillə toqquşdu - Xəsarət alan var
Ölkə04:46 16.01.2023

Bakıda qatar avtomobillə toqquşdu - Xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.
1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi "VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.
Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.
Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.