
Bu dəqiqələrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında qatar bələdçiləri etiraz aksiyası keçirir.
Aksiyanı kişi qatar bələdçiləri keçirirlər. Aksiyaya səbəb göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov AzNews.az-a açıqlamasında kişi qatar bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz etməsi faktını təsdiqləyib. O deyib ki, bu məsələ ilə bağlı hazırda etiraz edən tərəflərlə danışıqlar aparılır: “ Problem qısa vaxtda həll olunacaq və bununla bağlı ətraflı məlumat veriləcək”. (Aznews.az)
Qaynar.info