Maşının əyləci işləməyib və avtomobil pilləkandan kənara aşıb
Bu gün saat 13:00 radələrində Bakının Nəsimi rayonunda qəribə yol qəzası baş verib.
Cavadxan küçəsi 19 ünvanında binanın qarşısında baş verib. “Lada” markalı 10 VM 592 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşının mühərrikini qızdırmaq üçün işə salıb və düşərək kənarda dayanıb siqaret çəkirmiş.
Bu vaxt maşının əyləci işləməyib və avtomobil pilləkandan kənara aşıb.
ANS PRESS

