Xəbər lenti

Bakıda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb (VİDEO/YENİLƏNİB)
Ölkə05:16 26.10.2022

Bakıda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb (VİDEO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, qurumun müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
 09:16
Bakının Yasamal rayonunda su borusu partlayıb.
Qaynarinfo xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.
"Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.
Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.