Xəbər lenti

Bakıda qəzada ikisi polis olmaqla 4 nəfər xəsarət alıb - ADLAR
Ölkə05:27 07.02.2023

Bakıda qəzada ikisi polis olmaqla 4 nəfər xəsarət alıb - ADLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilin iştirakı ilə qəza baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan 4 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, xəsarət alanlardan ikisi polisdir. Onlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarıdır. Xəsarət alanların adları aşağıdakılardır:
Eldar Hacıyev (polis-sürücü);
Taleh Əlizadə (polis).
"Chevrolet”də olanlar:
Sadiq Abbasov;
Arif Məmmədzadə.
Onlardan A.Məmmədzadəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.