Xəbər lenti

Bakıda qiraətçi faciəvi şəkildə öldü (FOTO)
Ölkə09:30 01.05.2025

Bakıda qiraətçi faciəvi şəkildə öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal rayonu Akim Abbasov küçəsində yaşayan Şəhruz Faiq oğlu Tapdıqov dəm qazından boğularaq ölüb. Belə ki, o, hamam otağında olarkən içəriyə dəm qazı sızıb. Nəticədə Ş.Tapdıqov vəfat edib.
Qeyd edək ki, Şəhruz Tapdıqov yutubda müxtəlif şairlərin şeirlərini səsləndirirmiş.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.