Xəbər lenti

Bakıda qızların sünnət edilməsi müzakirə olundu
Ölkə08:46 11.11.2013

Bakıda qızların sünnət edilməsi müzakirə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İslam ölkələrində qız uşaqlarının sünnət edilməsi pis haldır və bu halın qarşısının alıması üçün islam ölkələri birgə fəaliyyət göstərməlidir". ANS PRESS-in verdiyi xəbərə görə bu sözləri Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin Uşaq Məsələləri üzrə Məsul Nazirlərinin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV Konfransı zamanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin köməkçisi Ekmeləddin İhsanoğlu söyləyib.
 
Onun sözlərinə görə, kənd yerlərindən uşaqlar şəhərə gəlirlər və müxtəlif problemlərlə üzləşirlər: "Bu problemlərin sırasına təhsil, urbanizasiyanı daxil etmək olar". Baş Katibin Köməkçisi konfransın bu problemlərin həll edilməsində olan önəmini vurğulayıb.

Qaynar.info