
Bakıda kriminal avtoritet tutulub.
Qaynar.info APA-ya istinadən verdiyi məlumata görə, Nizami rayon Polis İdarəsinin əməkdaşları əvvəllər qəsdən adam öldürmə və oğurluq maddələrilə dəfələrlə məhkum olunan 1971-ci il təvəllüdlü Sahib Əsgər oğlu Əmirovun cibgirlik etdiyinə görə həbs ediblər.
43 yaşlı Sahib Əmirov həyat yoldaşı ilə bərabər 8-ci kilometr ərazisində saxlanılıb. Kişinin üstündən narkotik vasitə də tapılıb. Polisə verdiyi ifadədə S.Əmirov bildirib ki, narkotiki öz istifadəsi üçün saxlayırmş.
Qeyd edək ki, Sahib Əmirov uzun müddət məhkumluq həyatı yaşayıb. Onun kriminal aləmdə nüfuz sahibi olduğu və “Cibgirlərin baronu” adı ilə tanınır.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info


