Xəbər lenti

Bakıda "Fight Vision 4" beynәlxalq yarışı keçirilәcәk - FOTOLAR
İdman09:08 24.09.2016

Bakıda "Fight Vision 4" beynәlxalq yarışı keçirilәcәk - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah "Sәrhәdçi" İdman Olimpiya kompleksindә kikboksinqin K-1 versiyası üzrә Fayt Vijn-4 (Fight Vision 4) beynәlxalq yarışı keçirilәcәk.

Qaynarinfo.Az xәbәr verir ki, saat 16:00-da başlayacaq turnirdә kikboksinqçilәrimiz Avropanın tanınmış idmançıları ilә üz-üzә gәlәcәk. 

Turnirdә 5 ölkәdәn - Belçika, Hollandiya, Türkiyә, Gürcüstan, Almaniyadan olan kikboksinqçilәr hәmyerlilәrimizlә döyüşәcәk.

İlk dәfә bu yarışda qadınlar da yarışacaq. Azәrbaycanlı qadın idmançı Aytәn Ağayeva gürcü hәmkarı ilә münasibәtlәrә aydınlıq gәtirәcәk.

Qeyd edək ki, bu yarışda idmançılarımızdan tanınmış kikboksçu Eduard Məmmədov da iştirak edəcək.

Qaynarinfo.Az