Xəbər lenti

Bakıda "Lokomotiv" rəsmən bağlandı - 2 min idmançı üçün acı tale
İdman12:12 20.01.2017

Bakıda "Lokomotiv" rəsmən bağlandı - 2 min idmançı üçün acı tale

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

80 illik tarixi, 2 minə yaxın idmançısı olan “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi (İSM) bağlanıb.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə "Lokomotiv" İSM-də sərbəst güləş üzrə komandanın baş məşqçisi, idman hakimi, idman ustası, əməkdar məşqçi Ramin Allahverdiyev deyib.

Həm də olimpsport.az saytının təsisçisi və baş redaktoru olan Ramin Təyyaroğlu bildirib ki, “Lokomotiv” bağlanmamışdan əvvəl Almaniya və Türkiyədən beynəlxalq yarışlara dəvət alıblarmış.

Qeyd edək ki, "Lokomotiv" İSM-in bağlanması xəbərini dünən ilk olaraq saytımız yazıb. Mərkəzin sədri Elşən İsmayılov bunu oktyabrda Nazirlər Kabinetinin bu qurumun Nizami, Nərimanov və Binəqədi rayonlarında yerləşən əmlakının özəlləşdirilməsinə dair Sərəncamının olması ilə əlaqələndirib. Buna qədər "Lokomotiv" İSM "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olub. 

Qaynarinfo.Az