Xəbər lenti

Bakıda "Mercedes" avtobusu vurdu
Ölkə20:21 30.06.2016

Bakıda "Mercedes" avtobusu vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Ələddin Heydərovun idarə etdiyi 90 OA 252 dövlət nömrə nişanlı "Mercedes" arxadan 21 nömrəli marşrut avtobusuna çırpılıb. Hadisə avtobus dayanacaqda dayandığı zaman baş verib.

Sürücü Ə.Heydərovun bildirdiyinə görə, şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşını dayanacaqdakı avtobusa çırpıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq "Mercedes" markalı maşına ciddi ziyan dəyib.

Qəza ilə bağlı Nobel prospektində bir müddət tıxac yaranıb. Hadisə yerinə əlavə yol polisi əməkdaşları cəlb olunduqdan sonra yoldakı sıxlıq aradan qalxıb və nəqliyyatın hərəkəti normallaşıb.

Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.az