
Bu gün saat 17:00 radələrində Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yol qəzası baş verib.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Prado” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yolundan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
Qaynar.info