
Bakı şəhər prokurorluğu iyunun 26-da Bakıda baş vermiş ağır cinayət hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan APA-ya verilən məlumata görə, iyulun 26-da saat 00:15 radələrində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Fərhad Əddürəhmanov keçmiş arvadı, 1972-ci il təvəllüdlü, hava limanında təyyarə bələdçisi işləyən Alfiyə Əddürəhmanovanın Binə qəsəbəsində yaşadığı evinə gələrək şəxsi münasibətlər zəminində sonuncunun sifətinə naməlum kimyəvi maye ataraq ona ağır bədən xəsarətləri yetirib.
Fakta görə həmin tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.