Xəbər lenti

Bakıda "Yuventus" Akademiyasının açılışını sabiq ulduzlar etdi - FOTOLAR
İdman15:17 20.09.2016

Bakıda "Yuventus" Akademiyasının açılışını sabiq ulduzlar etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı İtaliyanın məşhur "Yuventus" klubu ilə əməkdaşlığa başlayıb. Bu gün əməkdaşlıq çərçivəsində Beynəlxalq Banka məxsus olan "İnter Arena"nın 3 meydançasında "Yuventus"un Bakı Akademiyasının açılış mərasimi olub.

Açılış mərasiminə "Yuventus"un sabiq ulduzları - Canluka Pessotto və David Trezeqe də qatılıb. Trezeqe artıq 2-ci dəfədir ki, Bakıya gəlir. Fransa millisi ilə 1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu olmuş sabiq hücumçu bu ilin martın 11-də Bakıda açılan "Yuventus" düşərgəsi münasibəti ilə keçirilən mətbuat konfransında iştirak etmişdi. 

"Yuventus" Akademiyasının açılış mərasimində iştirak edənlər arasında "İnter"in əvəzedici komandasının baş məşqçisi Fizuli Məmmədov da olub. Qaynarinfo.Az bununla bağlı Məmmədovla danışıb: "Qonaqlar əvvəlcə Beynəlxalq Bankın baş ofisində olub. Orda əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra "İnter Arena"da "Yuventus" Akademiyasının açılışı oldu. "İnter" tərəfi bu əməkdaşlıq zamanı "Yuventus"u məkan və yerli məşqçilərlə təmin edəcək. Ancaq akademiyada "İnter"in futbolçuları olmayacaq. 5-12 yaş aralığında 50-60-a yaxın uşaq bəyənilərək "Yuventus" Akademisına götürüldü. Onlardan ən yaxşı 4-5 nəfəri mövsümün sonunda Turinə, "Yuventus"un bazasına baş çəkmək imkanı əldə edəcək. Onların burda Karlo Mastellone adlı koordinatoru var. O bizim məşqçilərin keçdiyi məşqlərə hər gün internet vasitəsilə baxıb nəzarət edəcək. Bundan başqa, "Yuventus" Bakıya da italyan məşqçi göndərəcək".    

Qeyd edək ki, Beynəlxalq Bankla "Yuventus"un əməkdaşlığı 3 illik müddətə nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində bank reklam və təbliğat məqsədilə "Yuventus" brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək.

Qaynarinfo.Az