
Avtomobilin maksimal sürəti saatda 180 kilometrdir
Onlar inanmasalar da belə bir hal yaşanıb, özü də paytaxt Bakıda!
Vaz 2109 markalı avtomobilin sürücüsünə aeroport yolunda maksimal sürət həddinin aşılması haqqında yol polisindən məktub gəlib.
Sürücü Azər Niftəliyev məktubu görəndən sonra çaş-baş qalıb.
Sürücü deyir ki, avtomobil 1993-cü il buraxılışıdır. Hətta maksimal sürət 180 olduğu halda 20 illik avtomobili saatda 180 km-lə sürmək mümkün deyil. Polisdən gələn məktubda isə bildirilir ki, avtomobil saatda 188 km sürətlə radara düşüb.
Buna görə ona 250 manat məbləğində pul və 4 bal cərimə yazılıb.
Baş Dövlət Yol Polisindən isə bildirilib ki, elekron cihazlara müdaxilə mümkün deyil və həmin hadisə araşdırılır.
Bu məlumat indidən digər sürücülərin zarafat obyektinə çevrilib.//xezer.tv