Xəbər lenti

Bakıda restoran işçisi dilənçi uşağı döydü - FOTOLAR
Ölkə06:33 10.11.2014

Bakıda restoran işçisi dilənçi uşağı döydü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabr 9-u axşam saatlarında Bakının "Nizami" metrostansiyası yaxınlığında ilginc hadisə baş verib.

Hadisə baş verən zaman ərazidə olan musavat.com-un əməkdaşının verdiyi məlumata görə, "Günaydın" restoranına daxil olan dilənçi uşaq oranın yetkilisi tərəfindən döyülüb. 

Dilənməkdən başqa heç bir günahı olmayan uşağı təhqiramiz ifadələr işlədərək döyən şəxsin kimliyini dəqiqləşdirə bilməsək də, əməkdaşımız həmin anların fotolarını çəkə bilib. 

Diqqətimizi çəkən ən əsas məqam isə hadisə baş verən zaman ətrafda olan insanların bu hadisəyə biganə qalması oldu.

Həmin anların görüntüsünü təqdim edirik.

Qaynar.info