Xəbər lenti

Bakıda restoranda əcaib qətl hadisəsi
Ölkə06:17 01.03.2013

Bakıda restoranda əcaib qətl hadisəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Fəzail Bayramov küçəsində yerləşən restoranların birində aşbazlar arasında yaranan mübahisə sonradan qanlı davaya keçib.

Münaqişə nəticəsində orada aşpaz işləyən 1991-ci il təvəllüdlü Adəm Akif oğlu Əsədov həmkarı Mövlan Rəis oğlu Mövlanovu oxlov alətilə döyməyə başlayıb.

Adəm Əsədovun əsəbləri sakitləşmədiyinə görə, həmkarını döyə-döyə öldürüb. Mövlan Mövlanovun başına taxta alətlə çoxlu zərbələr endirib. O, aldığı ağır-kəllə beyin travmasından dünyasını dəyişib. A.Əsədov saxlanılıb. Fakt üzrə cinayət işi açılıb.

Xətai Rayon Prokurorluğundan APA- ya verilən məlumata görə, hadisə “İmperator -İbo” restoranında qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info