
Ötən gün Bakının Binəqədi rayonu Xırdalan dairəsinin yaxınlığındakı “İstisu” restoranında qan tökülüb.
ANS PRESS-in verdiyi məlumata görə, Elvin Mehdiyev və onunla birgə olan Zaur adlı şəxs Sumqayıt şəhər sakini Vüqar Musayevi döyüb, daha sonra dostlar Vüqar Musayevi bıçaqlayıblar və ondan 100 manat pul, mobil telefon, qızıl boyunbağı, üzük götürüblər.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Mehdiyev tutulub. Zaur adlı şəxsin tutulması istiqamətində bölmə əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qaynar.info