XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda restoranın mərtəbə artırmaq istəyi sakinləri qaranlığa qərq etdi (VİDEO)
Ölkə09:34 30.08.2026

Bakıda restoranın mərtəbə artırmaq istəyi sakinləri qaranlığa qərq etdi (VİDEO)

Dəmir konstruksiya ilə restorana əlavə mərtəbə artırılıb.

Sakinnlər deyirlər ki, görülən işlər nəticəsində mənzilləri gün işığına həsrət qalıb. Bu azmış kimi, 16 mərtəbəli yaşayış kompleksinin 3-cü mərtəbəsindəki mənzillərin pəncərəsi birbaşa restoranın masasına açılır.

Görüntülər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsi bina 13 ünvanındandır.

Sakinlərin sözlərinə görə, eyvanlarına bitişik dəmir konstruksiyalar ötən ilin payızında da quraşdırılıb. Müvafiq qurumların müdaxiləsindən sonra ərazidən götürülsə də, 3-4 gün öncə yenidən peyda olub.

Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri Rəhilə Əsədullazadə sakinlərin narahatlığına səbəb olan məsələnin həlli üçün dəfələrlə müvafiq qurumlara müraciət olunduğunu deyir.