Xəbər lenti

Bakıda sərnişin avtobus sürücüsünü döydü (VİDEO)
Ölkə16:59 13.10.2022

Bakıda sərnişin avtobus sürücüsünü döydü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb. 
Bakı Nəqliyyat Agentliyindən (BNA) Qaynarinfo-ya bildirilib ki, hadisə oktyabrın 12-də saat 20:14 radələrində "Kənan-2000” MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib.
Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90 VF 933 dövlət qeydiyyat nişanlı avtobus "Koroğlu” NMM-dən Qala-Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istəyib. Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Onlardan 1-i sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: