Xəbər lenti

Bakıda sərnişin avtobusu aşdı: 15 nəfər yaralandı
Ölkə13:07 18.04.2013

Bakıda sərnişin avtobusu aşdı: 15 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda daha bir avtobus qəzası baş verib.

Hadisə bu gün saat 17.00 radələrində Bakı Dairəvi Yolunda qeydə alınıb. “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, baş verən qəza ilə bağlı onlara 10 nəfər müraciət edib. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, bu, 24 saat ərzində paytaxtda baş verən sayca üçüncü avtobus qəzasıdır.


Qaynar.info