Xəbər lenti

Bakıda sərnişin avtobusu qəza törətdi: yaralılar var
Ölkə10:58 09.03.2015

Bakıda sərnişin avtobusu qəza törətdi: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, Badamdar qəsəbəsində avtobus maşınla toqquşub.
Belə ki, sürücüsü hələlik məlum olmayan 86 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Kia” markalı avtomobil toqquşub. Qəzadan sonra avtobusun sürücüsü hadisə yerindən qaçıb.
Qəza nəticəsində “Kia” markalı avtomobilin sürücüsü yaralanıb. Avtobusda olan sərnişinlərdən bir nəfər də yüngülcə yaralanıb. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info