Xəbər lenti

Bakıda şirkətin ofisinə basqın: külli miqdarda pul aparıldı
Ölkə13:36 30.03.2015

Bakıda şirkətin ofisinə basqın: külli miqdarda pul aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ofisdən külli miqdarda pul aparılıb. Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, Kənar Dairəvi yol 116 ünvanında - “Ramse” MMC-nin ofisində baş verib. 
Naməlum şəxs və ya şəxslər ofisin pəncərəsini qıraraq otaqlara daxil olublar. Otaqlardan birində yerləşdirilmiş seyfdən ümumilikdə 68 min 500 manat pulu götürən şəxslər aradan çıxıblar.
Hazırda fakt üzrə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
Qaynar.info