Xəbər lenti

Bakıda taksi xidmətində təmassız ödəniş sistemi tətbiq olunacaq
Ekonomiks11:05 09.03.2019

Bakıda taksi xidmətində təmassız ödəniş sistemi tətbiq olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın iki ay ərzində Bakının taksi xidmətlərinin birində təmassız ödəniş sistemi tətbiq olunacaq.
Bu barədə ONA-ya "Portmanat" şirkətindən məlumat verilib.
Yeni ödəniş növü şirkətin ödəniş sisteminin mobil əlavəsinə inteqrasiya olunmuş QR-kod texnologiyası vasitəsilə mümkün olacaq.
"Ödəniş aparmaq üçün mobil telefonun kamerasını QR-koda yaxınlaşdırmaq kifayət edəcək ki, ödənilən məbləğ taksi xidmətinin hesabına köçürülsün. Sistemin sınaqları artıq tamamlanmaq üzrədir və yaxın iki ay ərzində istifadəçilərin ixtiyarına buraxılacaq”, - deyə şirkətdən bildiriblər.