Bakının Yasamal rayonunda tanınmış musiqiçiyə qarşı cinayət törədilib.
Milli.Az-a daxil olan məlumata görə, saksofon-klarnet ustası İlham Kazımovun (İlham Cəlilabadlı) musiqi aləti olan çantası oğurlanıb.
Yasamal Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, 53 yaşlı İ.Kazımov musiqi alətini Abdulla Şaiq küçəsində yerləşən evinin girişində unudub. Naməlum şəxslər içərisində saksofon və klarnet olan çantanı oğurlayıblar. Faktla bağlı araşdırma və axtarış aparılır.
Qaynar.info