Xəbər lenti

Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub
Ölkə06:47 24.08.2021

Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.
ETSN-dən Qaynarinfo-ya bildirilib ki, yağışın miqdarı Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək olub.
Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.
Havanın temperaturu avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.