Xəbər lenti

Bakıda tıxac yaranıb
Ölkə10:02 12.12.2013

Bakıda tıxac yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, tıxac Bakıya yağan  qarla bağlı meydana gəlib. Tıxacın paytaxtın Hüseyn Cavid prospekti, Bakıxanov küçəsindən Səməd Vurğun küçəsi istiqamətində, Həsən Əliyev küçəsi, Tbilisi prospekti, Cavadxan küçəsində metronun Memar Əcəmi stansiyası istiqamətinə, İnşaatçılar prospektindən “Statistika dairəsi” istiqamətinə, Əbdürrəhim Bəy Haqverdiyev küçəsindən “Olimp” mağazası istiqamətində, Badamdar qəsəbəsindən şəhər istiqamətinə yarandığı bildirilir.

Qaynar.info