
Bakıdakı 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb.
Qaynar.info-nun xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 ədəd ağ rəngli və 24 ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qaynar.info


