Xəbər lenti

Bakıda uçqun - "Azəriqaz"ın işçiləri yaralandı
Ölkə15:07 09.12.2016

Bakıda uçqun - "Azəriqaz"ın işçiləri yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Güclü külək yol kənarındakı hasarı uçurub. 

Nəticədə ərazidə işləyən “Azəriqaz”ın işçiləri – 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıb.

Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)

Qaynarinfo.Az