Xəbər lenti

Bakıda ucuz maşınlar satışa çıxarılır
Ölkə07:21 09.04.2019

Bakıda ucuz maşınlar satışa çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər. Qaynarinfo xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 7 may tarixində həyata keçirəcəyi avtomobil hərracında sözügedən qurumların maşınları satılacaq.
Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib. Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu ilin "MTZ-80” markalı avtomobilini təqdim edib. Avtomobilin ilkin start qiyməti 2000 manatdan başlayır.
DİN isə hərraca 5 ədəd UAZ, 4 ədəd "Fiat Doblo”, "Kamaz”, "Ural”, VAZ və "Zil” markalı avtomobillər təqdim edib. Avtomobillərin əksəriyyəti Daxili Qoşunlara məxsusdur.
Hərracın ən yüksək qiymətə təqdim edilən avtomobili də məhz Daxili Qoşunlara məxsus "Kamaz-4310” yük maşınıdır. Avtomobilin ilkin start qiyməti 7000 manatdan başlayır.