Dünən gecə Bakıda baş verən güclü yağışdan sonra bu gün səhər saatlarında şəhərdə tıxac müşahidə olunur.
Qaynar.info-nun verdiyi xəbərə görə, tıxacla bağlı sosial şəbəkələrdə müzakirə olunan əsas fotolardan biri də Türkel Rüstəmxanlı tərəfindən paylaşılan boş yol və tıxac fotosudur.
Babək prospektində çəkilən fotodan görünür ki, yolun bir tərəfində güclü tıxac olsa da, digər tərəfi tamam boşdur.
Qaynar.info

