Yanvarın 16-da saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində faciəvi hadisə baş. verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmöətindən Qaynar.info-ya verilən məlumata görə, Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi “VAZ-2107”, Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi “KamAZ-5320” və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Z.Balakişiyevin sərnişinlərindən - yeni doğulmuş qızı hadisə yerində ölmüş, digər sərnişinləri - arvadı Aliyə və qayınanası Dilşad Bəhramova xəstəxanaya yerləşdiriliblər.
Qaynar.info