Xəbər lenti

Bakıda və bölgələrdə qaz olmayacaq
Ekonomiks06:54 27.09.2013

Bakıda və bölgələrdə qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün paytaxtın bir sıra rayonlarında və bölgələrdə təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, Quba, Saatlı rayonlarına, Masallı, Lənkəran rayonlarının və Sumqayıt şəhərinin bir hissəsinə, Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Rəsulzadə və Xocahəsən qəsəbələrinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara  təbii qaz verilişində fasilələr yaranacaq.

Məlumata görə, təmir işləri ilə əlaqədar saat 19:00-dək “Avrora” Qazpaylayıcı Stansiyasında, saat 18:00-dək “Quba”, “Saatlı” Qazpaylayıcı Stansiyalarında, “Quba”, “Qəçrəş” və “Əlillər evi” ölçü qovşaqlarında, “Hövsan” Qazpaylayısı Məntəqəsindən Hövsan qəsəbəsinə gedən qaz kəmərində, saat 16:00-dək “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində, o cümlədən saat 18:00-dək “Sulu-təpə” Qazpaylayıcı Stansiyasından Xocahəsən qəsəbəsinə gedən qaz kəmərində, “Masallı” Qazpaylayıcı Stansiyasından qidalanan “Masallı-2” ölçü qovşağında, saat 19:00-dək “Bolqarıstan” Qazpaylayıcı Stansiyasında, saat 14:00-dək isə “Sumqayıt” Qazpaylayıcı Stansiyasından qidalanan “Şəhər-3” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Qaynar.info