Bakıda vəhşilik: 100-ə yaxın ağac kəsib... - Yeni bina kimindir?
Son vaxtlar paytaxt Bakıda qanunsuz olaraq ağacların kəsilməsi hallarına tez-tez rast gəlinir. Bu hallar əsasən yaşayış və qeyri-yaşayış sahələrində tikinti işləri apararkən qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, sahibkarlar tikinti aparmaq üçün qanunsuz olaraq yaşıllığı məhv edirlər.
Belə hallardan biri də Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 42 ünvanında qeydə alınıb.
Şikayətçi Namiq Abbasov REAL TV-yə bildirib ki, 100-ə yaxın ağac qeyri-qanuni kəsilərək yerində bina tikiblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər