Xəbər lenti

Bakıda xanım polis həmcinslərini cərimələdi  (VİDEO)
Ölkə18:00 07.02.2018

Bakıda xanım polis həmcinslərini cərimələdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün yol patrul xidməti əməkdaşları qayda pozan piyadalara qarşı reyd keçirib. İlk dəfə olaraq reyddə YPX-nın qadın əməkdaşı iştirak edib.
Polis serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayıb. Bəzilərinə xəbərdarlıq olunub, bir sıra piyadalara inzibati qaydada cərimə tətbiq edilib.
Qaynarinfo xəbər verir ki, avtosfer.az-ın reyddə iştirak edən əməkdaşı bildirib ki, bəzi xanım piyadalar "nişanı görmədim", "həkimdən gəlirəm", "belim ağrıyır keçidə girə bilmirəm" kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışıblar.
Reyddən fotoları və videonu təqdim edirik: