Xəbər lenti

Bakıda xüsusi qərargah yaradıldı
Ölkə15:05 09.06.2015

Bakıda xüsusi qərargah yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyi Avropa Oyunları ilə bağlı xüsusi qərargah yaradıb. Bu barədə Qaynar.info-ya saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək “Bakı-2015” I Avropa Oyunları çərçivəsində ölkəyə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini, lazımi halda operativ həllinin təmin edilməsi üçün nazirlikdə qərargah fəaliyyətə başlayıb.
Qərargahda 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər “qaynar xətt” xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər.
İdmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədi ilə “Atletlər kəndi”ndə müasir standartlara uyğun olaraq zəruri tibb avadanlıqlarla təchiz olunmuş poliklinika yaradılıb.
Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssislər də tibbi yardım göstərəcəklər.
Eyni zamanda idmançılara və gələn qonaqlara oyunlar zamanı ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsı məqsədilə Bakıda iki xəstəxana - Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Eləcə də 300 nəfər xüsusi təlim keçmiş tibb işçisi yarış obyektlərinin tibb məntəqələrində, həm də tamaşaçılara lazım olduğu halda tibbi xidmət göstərəcəklər.
İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 100 ədəd təcili tibbi yardım maşını alınıb.
Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım heyəti (150 nəfər həkim və 150 nəfər feldşer) ilkin tibbi yardımın beynəlxalq standartları üzrə xüsusi təlimlərə cəlb edilib.
Oyunlar zamanı ölkəmizin su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq laboratoriyaları zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb və tibbi heyət üçün prosedurlar üzrə təlimlər keçirilib, həmçinin dövlət sanitariya xidməti tərəfindən ictimai iaşə və məişət obyektləri üzərində nəzarət təmin olunub.
Qaynar.info